Samirə aşıqların davasından danışdı: "Hər əlinə saz alan aşıq deyil" VİDEO

10 İyul 2018 12:08 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, aşıqlar Namiq Fərhadoğlu ilə Fəzail Miskinli verilişlərin birində əlbəyaxa davaya çıxıblar. SİA-nın məlumatına görə, onların həmin an lentə alınan videosu sosial şəbəkədə paylaşılıb.

Aşıq Samirə Əliyeva həmin görüntüləri sosial şəbəkədə yayımlayaraq, Namiqin adını çəkməyərək, Fəzailin ünvanına təriflər yağdırıb: "Bu da aşıqlarımız" adı ilə paylaşılan gündəm mövzusu... Əvvəla sözüm bu videonu çəkib paylaşanlaradır. Hər ailədə söz-söhbət olar. Eləcə də incəsənət aləmində. Aşıqlar da insandır. Onların da səbrinin həddi var. Bunu paylaşmaqla və ya sənətdə olan insanı gözdən salmaqla nə qazanırsız?

Sonra müzakirə edənlər: Bəli, mən razıyam, aşıq digəq sənət adamlarından da nümunəvi olmalıdır. Amma yadda saxlayın ki, pul, ucuz reklam gücünə tanınanlara reytinq verən sizsiniz. Tək bir söz deyə bilərəm: hər əlinə saz alan aşıq deyil. Baxmayaraq ki, hərənin öz sevənləri, öz tamaşaçıları var. Heç kimi müzakirə etmək fikrim yoxdur. Çünki özlərindən çox sinələrindəki saza hörmətlə yanaşıram.

Amma bilin ki, Fəzail Miskinli sıradan bir insan deyil. Ucuz reklama qaçan deyil. O insan baxmayaraq ki, mükəmməl saz ifaçısıdır, özünə aşıq demir. Saz ifaçısı deyir (digərlərindən fərqli olaraq). Fəzail bəyin sənəti, savadı, mədəniyyəti olmasa, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllim, dosent kimi fəaliyyəti olmazdı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru zirvəsinə ucalmazdı.

Özünü sənətə, elmə həsr edənlərimizi Allah qorusun belə şər- böhtandan. O cümlədən, Fəzail qardaşımızı. Gəlin sənətkarlarımızı, sənətimizi, özünə bu sənətdə yer edən təsadüfi viruslardan qoruyaq".