ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) və Robert Bratke (ABŞ) Yerevandan Bakıya qayıtıblar. SİA-nın xəbərinə görə, noyabrın 26-da Azərbaycandan Ermənistana gedən həmsədrlərin geri qayıtmasının məqsədi Yerevanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı apardıqları danışıqlar barədə rəsmi Bakını məlumatlandırmaqdır.
ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Bernar Fasye isə Yerevandan Parisə gedib. O, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların gedişi barədə Fransanın rəhbərliyini məlumatlandırdıqdan sonra digər həmsədrlərlə birlikdə noyabrın 29-da Astanaya gedəcəkdir.
Dekabrın 1-2-də Astanada ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının zirvə toplantısı keçiriləcəkdir.