Azərbaycan Prezidenti Böyük Britaniya şahzadəsini qəbul edib

27 Noyabr 2010 07:10 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Böyük Britaniyanın Yorq hersoqu, şahzadə Endryunu qəbul edib. SİA-nın xəbərinə görə, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyi vurğulanıb və bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.