64 yaşlı ingilis nazir istefa verib

9 İyul 2018 06:03 (UTC+04:00)

Böyük Britaniyanın Brexit məsələləri üzrə naziri Devid Devis istefa verib. Bu barədə “Press Association” agentliyi xəbər verib. “Devid Devis nazir postundan istefa verib”, məlumatda deyilir. 64 yaşlı Devid Devis 2016-cı ilin iyulunda "Brexit" məsələləri üzrə nazir təyin edilib. O, Britaniyanın Avropa İttifaqından çıxması üzrə danışıqlara rəhbərlik edib.

Qeyd edək ki, 2016-cı il iyunun 23-də Böyük Britaniyada keçirilən referendumda seçicilərin 51,9 faizi ölkənin Avropa İttifaqını tərk etməsini dəstəkləyib.