ABŞ-da yaşayış evi partlayıb, 3 nəfər ölüb

8 İyul 2018 02:19 (UTC+04:00)

ABŞ-da yaşayış evində partlayış olub. Bu barədə ABC xəbər verib. Xəbərdə bildirilir ki, hadisə Nyu-Cersidə baş verib. Partlayış zamanı 3 nəfər ölüb.

İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Partlayış zamanı qonşu evlər də ziyan çəkib.