Leonardo Di Kaprio rol aldığı filmin ssenarisini başa düşməyib

26 Noyabr 2010 22:10 (UTC+04:00)
Hollivudun tanınmış aktyoru Leonardo Di Kaprio baş rolunu canlandırdığı "İnception" (Başlanğıc) filminin ssenarsini oxuyarkən başa düşməkdə çətinlik çəkdiyini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, 36 yaşlı aktyor bildirib ki, ssenarini ilk dəfə oxuyanda başım qarşıqı idi. Filmin ilk çəkilişlərində də çox çətinlik çəkdim. Ancaq filmin rejissoru Kristofer Nolan bu mövzuda mənə çox köməklib edib.

Məlumat üçün bildirək ki, bu film dünyada 823 milyon dollar gəlir əldə edib.