15 yaşındakı qız Qurani-Kərimi yandırıb

26 Noyabr 2010 18:32 (UTC+04:00)

İngiltərədə 15 yaşında bir qız məktəbdə ingilis dilinə tərcümə olunan Qurani-Kərimi yandırıb. SİA-nın "Milliyət" qəzetinə istinadən verdiyi məlumata görə, o, görüntüləri "Facebook"da yayımladıqdan sonra həbs olunub. Hadisə ilə əlaqədar olaraq adı açıqlanmayan qız ilə 14 yaşındakı bir oğlan da həbs edilib.

 

Hər ikisi daha sonra girov qarşılığında sərbəst buraxılıb. Polis məktəbdə yoxlamaların davam etdirəcəklərini açıqlayıb.

 

Qeyd edək ki, ABŞ-da 11 Sentyabr terror aktının ildönümündə Qurani-Kərimi yandıracağını açıqlayan rahib Terri Consun fikirləri böyük reaksiya doğurmuşdu. ABŞ prezidenti Barak Obama başda olmaqla bir çox dövlət rəsmiləri buna etiraz etmişdilər. Rahib daha sonra bu hərəkətindən imtina etmişdi.