Futbol üzrə İtaliya millisinin baş məşqçisi Roberto Mançini Rusiyada keçirilən dünya çempionatının gedişatını dəyərləndirib. “Football Italia”nın məlumatında deyilir ki, italiyalı mütəxəssis yığmasının oyun mənasında mundialda iştirak edən komandalardan sadəcə Braziliyadan geri qaldığını deyib:
“Braziliya istisna olmaqla, dünya çempionatında izlədiyim oyunlarda bizdən daha yaxşı olan komandaya rast gəlmədim. Ona görə də, italiyalılar mənə yığmanın Rusiyada bir çox komandanı üstələyə biləcəyini deyəndə onlarla razılaşıram. İtaliyasız dünya çempionatını izləmək üzücüdü”.