Tovuzda bıçaqlanma olub

4 İyul 2018 04:09 (UTC+04:00)

Tovuzda bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Aşağı Quşçu kənd sakini, 1963-cü il təvəllüdıü Quliyev Hüseyn Qəndəhər oğlu döş qəfəsinin bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. O əməliyyat oıunub, vəziyyətinin kafi olduğu bildirilir.

H. Quliyevin ailə münaqişəsi zəminində kürəkəni (qızının yoldaşı) tərəfindən bıçaqlandığı bildirilir. Faktla bağlı araşdırma aparılır.