Qədim ruhsal musiqilərdən ibarət konsert təşkil olunacaq FOTOLAR

28 İyun 2018 17:10 (UTC+04:00)

İyunun 30-da Bakıda qədim ruhsal musiqilərdən ibarət konsert təşkil olunacaq. Təşkilatçıların SİA-ya verdiyi məlumata görə, konsert tamaşaçıları daxili dünyalarının dərinliyinə aparacaq, onların zövqünü oxşayacaq.

Sanskrit və azərbaycan dilində bəstələnmiş kompozisiyalar yaradanı və ilahi qüvvəni tərənnüm edir: “Konsert zamanı tamaşaçılar gözünü yumub rahat və sakit vəziyyətə qərq olacaqlar. Musiqiçi Yogaddin öz dostları ilə insanlara hüzur dolu bir aləmə səyahət etdirəcəklər.

Konsertdə Yogaddin (Vocal , Qarabağ kamanı), Həsən (Drums & Percussions), Elvin İsmayıllı (Tar, Varqan), Ülviyyə (Back vocal), Fidan (Piano) çıxış edəcəklər.
Konsert saat 17:00-da təşkil olunacaq.