“Rabitəçi” “Dinamo Romprest” komandasına 3:0 hesabı ilə qalib gəldi

25 Noyabr 2010 05:39 (UTC+04:00)

Bu gün voleybol üzrə Çempionlar Liqasının növbəti oyunları keçirilib. Bakının "Rabitəçi" komandası Rumıniyanın "Dinamo Romprest" voleybol klubu ilə qarşılaşıb.
İlk turun oyunları çərçivəsində keçən oyun bakılıların qələbəsi ilə başa çatıb. "Dinamo Romprest"in ev sahibliyi etdiyi oyunda hər üç set (25:18, 25:22 və 25:20) "Rabitəçi"nin hesabına yazılıb.