Gəncə şəhər Polis İdarəsinin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri nəticəsində Rusiyada axtarışda olan Məmmədov Elxan Akif oğlu həbs edilib. Bu barədə SİA-nın bölgə müxbirinə Gəncə şəhər Polis İdarəsindən məlumat verilib.
Açıqlanan məlumata görə, adıçəkilən şəxs Sankt-Peterburq şəhəri Frunze Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 162 (quldurluq) və 126 (adam oğurluğu) maddələri ilə axtarışda olub. Artıq 35 yaşlı Gəncə sakininin ekstradisiyası istiqamətində iş aparılır.