Lənkəranda iki uşaq atası özünü asıb

24 Noyabr 2010 23:45 (UTC+04:00)

Lənkəran rayonunda intihar hadisəsi baş verib. SİA-nın cənub bürosunun məlumatına görə, dünən rayonun Gərmətük kənd sakini, 1971-ci il təvəllüdlü Hüseynov Müqabil Qəzənfər oğlu kəndə gedən yolun sağ tərəfində özünü ağacdan asıb.

Rayon Prokurorluğundan verilən məlumata görə, heç yerdə işləməyən mərhum iki uşaq atasıdır. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.