Flavinyo "Neftçi"nin düşərgəsinə nə vaxt qayıdacaq?

24 Noyabr 2010 22:04 (UTC+04:00)
Azərbaycan Premyer Liqasında "Muğan"a qarşı keçirilən oyunda zədələnən "Neftçi"nin braziliyalı yarımmüdafiəçisi Flavinyonun müalicəsi davam edir. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, sol ayağında sınıq olan və Braziliyada müalicə alan Flavinyonun qışda "Neftçi"nin Antalyada keçiriləcək ilk toplanışından öncə komandaya qoşulacağı bildirilir.