"Neftçi"nin qapıçısı əməliyyat olunacaq
24 Noyabr 2010 20:41 (UTC+04:00)
"Neftçi" PFK-nın qolkiperlərindən olan litvalı Paulius Qribauskas zədə səbəbindən flaqmanın son oyunlarında iştirak edə bilmir. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Premyer Liqasının 12-ci turunda "İnter"lə görüşdə zədələnərək yerini Rauf Mehdiyevə verən qapıçının zədəsinin nədən ibarət olduğu məlum olub. Belə ki, həkimlərin müayinəsindən sonra litvalı futbolçunun ön çarpaz bağlarının qopduğu aşkarlanıb. Bununla bağlı Qribauskas əməliyyat olunacaq. Əməliyyatdan sonra isə futbolçu klub həkimlərinin nəzarəti altında müalicə kursu keçəcək. Paulius Qribauskasın 3 aydan sonra məşqlərə başlayacağı ehtimal olunur.