Valldemar Pavlak Fəxri Xiyabanı ziyarət edib

24 Noyabr 2010 20:09 (UTC+04:00)
Azərbaycanda 2 günlük səfərdə olan Polşanın baş nazirinin müavini və iqtisadiyyat naziri Valldemar Pavlak bu gün Fəxri Xiyabanı ziyarət edib. SİA-nın məlumatına görə, nazir müavini ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub.

Ulu öndərin xatirəsinə ehtiramını bildirdikdən sonra iqtisadiyyat naziri akademik, görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Daha sonra Şəhidlər Xiyabanında olan nazir müavini əbədi məşəlin önünə əklil qoyub.