Terror aktı törətmək istəyən İŞID üzvləri həbs edilib

22 İyun 2018 10:52 (UTC+04:00)

Türkiyənin təhlükəsizlik qüvvələrinin Ankarada keçirdiyi antiterror əməliyyatı nəticəsində ölkədə terror aktı törətmək hazırlığında olan14 İŞID üzvü həbs edilib.

SİA-nın məlumatına görə, Anadolu agentliyi xəbər verir ki, eyni vaxtda ayrı-ayrı ünvanlarda keçirilən əməliyyatlar zamanı həbs olunanların hamısı əcnəbidir. Zərərsizləşdirilən qrupun iyunun 24-də keçiriləcək növbədənkənar prezident və parlament seçkiləri zamanı terror aktı planlaşdırdığına dair dəlillər əldə olunub.