Aİ-nin komissarı ilə erməni nazir Qarabağı müzakirə edib

20 İyun 2018 12:35 (UTC+04:00)

Avropa İttifaqının qonşuluq siyasəti və genişlənmə məsələləri üzrə komissarı Yohannes Han Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanla Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edib. SİA Ermənistan KİV-inə istinadən xəbər verir ki, iyunun 20-də Y.Hanla Z.Mnatsakanyan arasında görüş olub.

Tərəflər münaqişənin həlli üçün aparılan danışıqlar prosesinin irəliləməsi üçün əlverişli şəraitin yaradılmasının vacibliyini vurğulayıblar.

Görüşdə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramına üzv olan ölkələrin xarici işlər nazirlərinin iyunun 22-də Minskdə keçiriləcək toplantısına dair müzakirələr aparılıb.

Qeyd edək ki, Ermənistaın xarici işlər naziri Zoqrab Mnatsakanyan Brüsseldə işgüzar səfərdədir.