İmişlidə pambıq sahəsində kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılacaq
19 İyun 2018 14:28 (UTC+04:00)
Kənd Təsərrüfatı Nazirliyi İmişli rayonunda pambıq sahələrindən birində qeydə alınan kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparacaq.
SİA-nın məlumatına görə, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov bildirib.
A.Hüseynov hazırda kənd təsərrüfatı naziri İnam Kərimovun rəhbərliyi ilə böyük nümayəndə heyətinin hadisə yerinə ezam olunduğunu deyib:
"Müvafiq araşdırmalardan sonra ictimaiyyətə məlumat veriləcək".