Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Odina Bayramova karyerasını yenidən İtaliyada davam etdirəcək. Hücumçu "Keri" klubu ilə birillik müqavilə imzalayıb. Qeyd edək ki, voleybolçumuz sonuncu mövsümü İtaliyanın "Firentse" klubunda keçirib.