İngiltərə millisi itki ilə üzləşib

13 İyun 2018 17:32 (UTC+04:00)

Dünya çempionatının startına az müddət qalmış İngiltərə millisi itki ilə üzləşib. SİA-nın məlumatına görə, komandanın hücumçusu Markus Reşford ayağından zədə aldığı üçün son məşqləri buraxıb. Onun iyunun 18-də Tunisə qarşı keçiriləcək görüşdə meydanda olub-olmayacağı sual altındadır.

Qeyd edək ki, sözügedən oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.