Novruz Məmmədov Parisdə sessiyada iştirak edir

13 İyun 2018 14:23 (UTC+04:00)

Parisdə Beynəlxalq Sərgilər Bürosunun Baş Assambleyasının 163-cü sessiyası işə başlayıb. SİA-nın məlumatına görə, Azərbaycanın Baş naziri Novruz Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti sessiyada iştirak edir.

Sessiyada "Ekspo 2025" Ümumdünya Sərgisinə ev sahibliyinə Bakı şəhərinin, eləcə də digər iki namizəd şəhərin təqdimatı keçiriləcək.