İspaniya millisinin baş məşqçisi qovuldu

13 İyun 2018 14:25 (UTC+04:00)

Ötən gün "Real"la anlaşdığı açıqlanan İspaniya millisinin baş məşqçisi Julen Lopeteqinin bu addımını federasiya müsbət qarşılamayıb. SİA-nın məlumatına görə, mundiala bir gün qalmış millinin daxilində vəziyyət dəyişib. Federasiya rəhbəri Luis Rubiales Lopeteqini vəzifəsindən uzaqlaşdırılmasına qərar verib. Lopeteqi dünya çempionatında yığmanın "sükanı arxası"nda olmayacaq.

İspaniya mundialda Portuqaliya, Mərakeş və İranla B qrupunda mübarizə aparacaq.