"Araz" bu gün "Montesilvano" ilə qarşılaşacaq
23 Noyabr 2010 20:45 (UTC+04:00)
Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində "Araz" bu gün ikinci oyununu keçirəcək. SİA AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimizin rəqibi İtaliyanın "Montesilvano" klubu olacaq. Yekaterinburq şəhərindəki İdman Sarayında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
Xatırladaq ki, "Araz" elit-raundda ilk oyununu noyabrın 21-də Kiprin "Ararat Nikosiya" klubuna qarşı keçirib və 2:1 hesabı ilə qalib gəlib