Almaniyada terror həyəcanı davam edir

23 Noyabr 2010 11:39 (UTC+04:00)

Almaniyada terror həyəcanı davam edir.

SİA-nın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, ölkənin federal məclisinin binasına hücum planlaşdırıldığına dair xəbərlərdən sonra parlament binasının ziyarətə açıq hissəsi təhlükəsizlik tədbirləri çərçivəsində bağlanıb.

Reyxstaq binasına hücumun olacağına dair xəbər "Der Spiegel" dərgisində yayımlanıb. Xəbərdə gələn ilin əvvəllərində parlamentə hücum planlaşdırıldığı bildirilib.