Nikaraquada 1,4 tondan artıq kokain müsadirə edilib

23 Noyabr 2010 11:04 (UTC+04:00)

Nikaraquanın Karib dənizi sahilindəki Miskitos adasının yaxınlığında iri kokain partiyası müsadirə edilib. SİA-nın xəbərinə görə, ordu və polisin birgə həyata keçirdikləri xüsusi əməliyyat nəticəsində dənizdə içərisində 1,4 tondan çox narkotik maddə olan iti sürətli qayıq saxlanılıb.

Hərbçilər qayıqda olan və silahlı müqavimət göstərən 5 qaçaqmalçını yaxalayıblar. Onlar Panama, Kolumbiya və Hondurasın vətəndaşlarıdırlar.