RF XİN-in İnformasiya və Mətbuat Departamenti Rusiyanın xarici işlər naziri S.Lavrovun, Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovun və Ermənistanın xarici işlər naziri E.Nalbandyanın işgüzar görüşü haqqında məlumat yayıb.
SİA-nın xəbərinə görə, məlumatda deyilir ki, üç ölkənin xarici siyasət idarəsinin başçıları Moskvada işgüzar görüş keçiriblər. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aktual məsələlərin müzakirəsi davam etdirilib.