Trampa tort hədiyyə olundu

11 İyun 2018 14:24 (UTC+04:00)

Sinqapurun baş naziri Li Syanlun Donald Trampa tort hədiyyə edib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, o tortu ABŞ-Şimali Koreya sammiti öncəsi Trampa təqdim edib.

İyunun 14-də 72 yaşını qeyd edəcək Tramp hadisəni özü üçün xoş sürpriz adlandırıb.