“Neft Daşları”nda yeni quyu qazılır

23 Noyabr 2010 02:28 (UTC+04:00)
"Neft Daşları" yatağındakı 2521 nömrəli platformadan 2523 nömrəli quyunun qazmasına başlanılıb. Dövlət Neft Şirkətindən SİA-ya verilən xəbərə görə, Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İşləri İdarəsi tərəfindən Qala lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1410 metrdir. Geoloqların hesablamalarına görə, "Neft Daşları" NQÇİ-nin sifarişi ilə qazılan 2523 nömrəli quyudan sutkada 5 ton neft hasil olunacaq. Qeyd edək ki, 2521 nömrəli platformadan ümumilikdə 12 quyunun qazılması nəzərdə tutulub.