Təhsil naziri: “Misirin ADNA-nın filialı üçün ayırdığı yer Azərbaycanı qane etmir”
23 Noyabr 2010 02:01 (UTC+04:00)
"Misirdə Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) filialının açılması ilə bağlı bir neçə il öncə həmin ölkə tərəfindən təklif edilib. Ancaq müxtəlif səbəblərə görə, bu təklifdən 3 il keçməsinə baxmayaraq məsələ hələ də reallaşmayıb". SİA-nın xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, yaxın günlərdə o məsələnin həll olunması gözlənilmir. Təhsil Nazirliyinin sözlərinə görə, Misirin bununla bağlı istəyi var, ancaq onların universitetin filialı üçün ayırdıqları yer Azərbaycanı qane etmir: "Bütün məsələlər razılaşdırıldıqdan sonra onda bu məsələ öz həllini tapacaq. Ancaq hələlik filialın açılması ilə konkret vaxt müəyyənləşməyib".