Ekspert: "Ölkəmiz artıq mühüm siyasi-iqtisadi proseslərə ev sahibliyi edir" MÜNASİBƏT

9 İyun 2018 11:27 (UTC+04:00)

Bakıda hazırda Avropa Mühafizəkarlar va İslahatçılar Alyansının Sammiti keçirilir. Sammitin əhəmiyyəti haqqında SİA-ya açıqlama verən internet-media eksperti Səbuhi Abbasov bildirib ki, rəsmi Bakı siyasi poliqona çevrilib: “10-15 il öncə dünyanın bir çox ölkəsində Azərbaycan sözü belə eşidilməmişdi, tanınmırdı. Aparılan uğurlu xarici siyasət nəticəsində ölkəmiz iştirakçı ölkədən təşkilatçı ölkəyə çevrildi. Bu gün rəsmi Bakı beynəlxalq, siyasi platformaların əsas poliqonuna çevrilib. Ölkəmiz artıq regionda deyil, bütün dünyaya təsir edə biləcək siyasi-iqtisadi proseslərə ev sahibliyi edir. Bu mənada Avropa Mühafizəkarlar va İslahatçılar Alyansının Sammitinin də Bakıda keçirilməsi çox böyük siyasi əhəmiyyətə malikdir. Hesab edirəm Sammitdə iştirak edən dünyaca nüfuzlu simalar Dağlıq Qarabağ münaqişəsində ölkəmizin haqlı mövqeyinin şahidi olacaq, Ermənistanın işğalçı, terrorçu bir dövlət olduğunu qəbul edəcəklər".