"Azərbaycanq çox etibarlı bir tərəfdaşdır. Buna görə biz Azərbaycana ciddi dəyər verməliyik. Azərbaycan beynəlxalq səviyyədə çox ciddi hörmətə layiq olan bir ölkədir". SİA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının sammitində Avropada Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti Yan Zahradil jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan geosiyasi məsələlərdə, nəqliyyat, enerji məsələlərində çox ciddi rol oynayır və oynamağa davam edəcək: "Bu səbəbdən Avıroap İttifaqı, Avropa Şurası Azərbaycana daha çox əhəmiyyət verir. Azərbaycanla bağlı birtərəfli hallar olub. Bunun səbəbi odur ki, Azərbaycan regiondakı bəzi siyasi hadisələrə kimlərsə tərəfindən günahlandırılır. Bu kimi hallara tez bir zamanda son verilməlidir. Azərbaycanının bəzi siyasi oyunların qurbanına çevrilməsinə son qoyulmalıdır".