Argentina millisi ciddi itki ilə üzləşib

8 İyun 2018 16:27 (UTC+04:00)

Dünya çempionatının startına 6 gün qalmış Argentina millisi ciddi itki ilə üzləşib. SİA-nın məlumatına görə, "tanqoçular"ın yarımmüdafiəçisi Manuel Lanzini sıradan çıxıb. Məşq zamanı zədə alan futbolçunun sağ diz bağlarının qopduğu aşkarlanıb.

25 yaşlı hücumameyilli yarımmüdafiəçi dünya çempionatında iştirak etməyəcək. "Vest Hem"in futbolçusunun əvəzinə yığmaya dəvət olunan oyunçunun adı tezliklə açıqlanacaq.