Bakıda keçirilən velosiped idmanının BMX növü üzrə dünya çempionatının 4-cü günündə, elit kateqoriyasında yarışlardan öncə Veloparkda fotoqraflar üçün seminar keçirilib. SİA-nın məlumatına görə, seminara Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mətbuat xidmətinin rəhbəri Luis Şenel başçılıq edib.
Toplantıda, həmçinin dünya çempionatının texniki nümayəndəsi, “Bakı-2018”in və Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin əmkdaşları, BMX yarışlarının peşəkar fotoqrafı və UCİ-nin digər nümayəndələri iştirak ediblər.
Seminarda stadionda fotoqraf zonaları, trek ərazisində və ətrafında foto çəkiliş, təhlükəsizlik qaydaları haqqında ətraflı məlumat verilib.
Sonda dünya çempionatında iştirak edən fotoqrafları maraqlandıran suallar cavablandırılıb.