Əlcəzairin baş naziri Əhməd Yəhya noyabrın 21-də İran İslam Respublikasına rəsmi səfərə gəlib. SİA-nın xəbərinə görə, səfər İranın birinci vitse-prezidenti Məhəmməd Rza Rəhiminin dəvəti ilə həyata keçirilir.
Rəsmi məlumata görə, səfərin məqsədi iki dövlət arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə dair məsələləri müzakirə etməkdir.