Vaşinqtonda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ dövlət katibi Mayk Pompeo arasında görüş keçirilib. Türkiyə Xarici İçlər Nazirliyinin rəsmi saytında yer alan xəbərə görə, görüşdə Suriya böhranı müzakirə olunub. Bildirilir ki, tərəflər Suriyanın Münbiç bölgəsində təhlükəsizlik tədbirlərinin görülməsinə dair razılıq əldə ediblər.
Nazir Mövlud Çavuşoğlu deyib ki, PKK/YPG və FETÖ ilə mübarizə Türkiyə üçün xüsusi əhəmiyyət daşıyır və bu məsələlərdə müttəfiqlərinin onlarla birlik nümayiş etdirəcəyinə ümid bəsləyirlər.