Güləşçimiz beynəlxalq turnirdə bürünc medal qazanıb

4 İyun 2018 14:29 (UTC+04:00)

Rusiya Federasiyasının Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə həsr olunan yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. SİA-nın məlumatına görə, turnirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ermənistan komandaları mübarizə aparıb. Güləşçilərimiz turniri 1 bürünc medalla başa vurub. 60 kq çəki dərəcəsində mübarizə aparan yığma komandamızın üzvü Zaur Nuriyev fəxri kürsüdə yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib.