Avropa Şurasının baş katibi azərbaycanlı bloggerlərin azadlığa buraxılmasını alqışlayıb
20 Noyabr 2010 21:43 (UTC+04:00)
Avropa Şurasının baş katibi Tyorborn Yaqland azərbaycanlı bloqqerlər Emin Milli və Adnan Hacızadənin azadlığa buraxılmasından məmnun olduğunu bəyan edib. SİA-nın qurumun rəsmi saytına istinadən verdiyi məlumatına görə, baş katib deyib ki, bu, İnsan Haqları haqqında Avropa Konvensiyası tərəfindən müdafiə olunan əsas hüquqlardan biri olan söz azadlığının Azərbaycanda təmin olunmasında maraqlı olan hər kəs tərəfindən alqışlanır.