ABŞ İsrailə dair qətnaməni bloklayıb

2 İyun 2018 09:55 (UTC+04:00)

ABŞ BMT Təhlükəsizlik Şurasında İsrailə dair qətnaməni bloklayıb. SİA xarici mediaya istinadən xəbər verir ki, İsrailin fələstinlilərə qarşı güc tətbiq etməsini pisləyən qətnamənin lehinə 10 Şura üzvü səs verib, 4 ölkə bitərəf qalıb.

Qətnamənin əleyhinə səs verən ABŞ sənədi bloklayıb.

Qeyd edək ki, Təhlükəsizlik Şurasının daimi beş üzvündən biri olan ABŞ qətnamə layihələrinə veto qoymaq hüququna malikdir.