Kürdəmirdə 55 yaşlı qadın döyülüb

2 İyun 2018 02:15 (UTC+04:00)

Kürdəmir rayonunda 55 yaşlı qadın döyülüb. “Report” xəbər verir ki, hadisə rayonun Qarasu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Rəfiqə Məmmədşah qızı Teyyubova naməlum şəraitdə döyülüb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.