Beyləqanda yanğın olub

1 İyun 2018 20:40 (UTC+04:00)

Beyləqan rayonunda yanğın olub. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, rayonun Orta Əlinəzərli kəndində həyətyanı sahəyə yığılmış 7 ton ot bağlamasının 3.5 tonu yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.