Azərbaycanın Milli Depozit Mərkəzi EU TACIS proqramının dəstəyi ilə Türkiyədən ekspert dəvət edib. SİA-nın xəbərinə görə, məqsəd qurumu "İnformasiya təhlükəsizliyinin idarə olunması üzrə" ISO 27001 standartlarına uyğunlaşdırmaqdır.
Ekspert tərəfindən mütəxəssislər üçün müvafiq standartların tətbiqinə dair məşğələ və seminarlar keçirilib.