Berlində keçirilən “Şərq tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu”nda Azərbaycan da təmsil olunur

20 Noyabr 2010 02:11 (UTC+04:00)
Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni Berlində keçirilən "Şərq tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu"nda iştirak etmək üçün rəsmi dəvət əsasında həmin ölkəyə səfər edib. Bu barədə SİA-ya MQF-nin mətbuat xidmətinin rəhbəri Leyla Qasımova məlumat verilib. Məlumatda bildirilib ki, tədbir Avropa Birliyinin "Şərq tərəfdaşlığı" proqramının Vətəndaş Cəmiyyəti Forumu olaraq keçirilir.
"Şərq tərəfdaşlığı" adlanan bu irimiqyaslı proqram, bir sıra MDB ölkələrini əhatə edir. Forumun işində Avropanın əksər ölkələrindən gələn 200-dən çox iştirakçı təmsil olunub. Multimilli səciyyəli bu platformanın artıq 2-ci geniş konfransı baş tutur.

Qeyd edək ki, bundan əvvəlki toplantı 2009-cu ildə Brüsseldə keçirilib.

Forumun işində Azərbaycandan olan nümayəndə heyətinin tərkibinə ölkənin vətəndaş cəmiyyəti fəallarından Novella Cəfəroğlu, İntiqam Əliyev, Sabit Bağırov, Eldar Zeynalov, Vüqar Bayramov, Qubad İbadoğlu, İlqar Həsənli, Emin Hüseynov, Əvəz Həsənov, Hacı İlqar İbrahimoğlu, Anar Məmmədli, Nadir Adilov və digərləri daxildir.

Məlumat üçün nəzərinizə çatdıraq ki, bu gün MQF prezidenti Rauf Zeyninin təşəbbüsü ilə Almaniya-Azərbaycan səfirliyində QHT nümayəndə heyəti ilə görüş keçiriləcək.