“Milli Kinolarımızı Unutmayaq”

20 Noyabr 2010 00:03 (UTC+04:00)

23 noyabr 2010-cu il tarixində Azərbaycan Tələbəb Gənclər Təşkilatları İttifaqı (ATGTİ) "Milli Kinolarımızı Unutmayaq" layihəsinə start verir. SİA-nın məlumatına görə, layihənin əsəs məqsədi Azərbaycan Milli Kinolarını, onların tarixini və məhşur aktyorlarını tələbələrə daha yaxından tanıtmaqdır. Layihədə Milli kinomuzun məhşur aktyorları iştirak edəcəklər.

Layihənin açılışı 23 noyabr, saat 15.00-da ATGTİ-nin qərargahında keçiriləcək. Nümayiş olunacaq ilk film "Nəsimi" kinofilmi olacaq. Nümayişdən sonra aktyorlar və tələbələr arasında filmin müzakirəsi keçiriləcək.

İştirak etmək istəyən tələbələr ATGTİ-nin qərargahına müraciət edə bilərlər.