ATƏT-in qiymətləndirici missiyası hazırladığı hesabatı Ermənistan və Azərbaycana təqdim edib

19 Noyabr 2010 22:32 (UTC+04:00)

ATƏT-in Minsk qrupunun faktaraşdırıcı missiyası BMT-nin ekspertləri ilə birgə işğal altında olan Dağlıq Qarabağ ətrafı rayonlarda apardıqları qiymətləndirici missiyanın hazırladığı hesabatı Ermənistan və Azərbaycana təqdim edib. SİA-nın xəbərinə görə, bu barədə məlumatı Ermənistanın "Jamanak" qəzeti yayıb. Hesabatın mətni isə açıqlanmayıb.

 

Xatırladaq ki, müşahidələr bu ilin oktyabrın 4-14-ü tarixlərində aparılıb.