Argentina millisinin məşqlərini 30 min azarkeş izləyib

29 May 2018 17:02 (UTC+04:00)

Argentina futbol yığması özünün əsas ulduz hücumçusu Lionel Messi ilə 2018-ci il dünya çempionatına hazırlıqlarını davam etdirir. SİA-nın məlumatına görə, bu ərəfədə milli komanda Buenos-Ayresdə açıq məşq keçirib. Messinin meydanda hər hərəkətini diqqətlə izləyən 30 min azarkeşin əksəriyyəti uşaqlar olub.

2018-ci il dünya çempionatında Argentina yığması İslandiya (16 iyun), Xorvatiya (21 iyun) və Nigeriya (26 iyun) ilə bir qrupda çıxış edəcək.

Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində (Moskva, Kalininqrad, Sankt-Peterburq, Nijni Novqorod, Volqoqrad, Kazan, Samara, Saransk, Rostov-Don, Soçi və Yekaterinburq) yerləşən 12 stadionda keçiriləcək.