Emin Ağalarov Azərbaycanın Xalq artisti oldu

27 May 2018 14:23 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev bir qrup mədəniyyət xadiminə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. SİA-nın verdiyi məlumata görə, sərəncama əsasən, Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə fəxri ad alanların sırasında Rusiyada yaşayıb, fəaliyyət göstərən Emin Ağalarov da var

Emin Araz oğlu Ağalarov Azərbaycan Respublikasının Xalq artisti fəxri adına layiq görülüb.