Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb

19 Noyabr 2010 06:45 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Oman Sultanı Qabus bin Səidi təbrik edib. SİA-nın məlumatına görə, təbrikdə deyilir: "Ölkənizin milli bayramı - Təvəllüd gününüz münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm. Ümidvaram ki, Azərbaycan-Oman münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir".

İlham Əliyev Qabus bin Səidə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Oman xalqına əmin-amanlıq və firavanlıq arzulayıb.