“Sumqayıt” futbolçusu ilə müqaviləni uzadıb

25 May 2018 14:40 (UTC+04:00)

“Sumqayıt” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb. SİA-nın məlumatına görə, yarımmüdafiəçi Cavid Tağıyev gələn mövsüm də "gənclik şəhəri" təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, C.Tağıyev ötən mövsümdə 17 qarşılaşmada 1026 dəqiqə meydanda olub.

Xatırladaq ki, "Sumqayıt" daha öncə kapitan Vurğun Hüseynovla müqaviləni 2 il müddətinə uzadıb.