Dünən dünya ölkələrinin yığmaları arasında 32 yoldaşlıq matçı keçirilib. SİA-nın məlumatına görə, Portuqaliya son dünya və Avropa çempionu İspaniyanı 4:0 hesabı ilə darmadağın edib.
Ən çox maraq doğuran görüşlərdən biri də Argentina - Braziliya qarşılaşması idi. Cənubi Amerikanın və dünyanın ən önəmli iki futbol ölkəsi olan Argentina və Braziliya milli komandaları yoldaşlıq görüşündə qarşı-qarşıya gəlib. Son dəqiqələrə qədər böyük bir həyəcana səhnə olan matçı Argentina 1:0 hesabı ilə qazanıb. "Tanqoçu"ların qələbə qolunu 90-cı dəqiqədə super ulduz Lionel Messi vurub.
İngiltərə isə öz meydanında Fransaya məğlub olub.
Yoldaşlıq görüşlərinin nəticələri:
İordaniya - Kipr 0:0
Şotlandiya - Farer adaları 3:0
Səudiyyə Ərəbistanı - Qana 0:0
Çin - Latviya 1:0
Honq Konq - Paraqvay 0:7
Oman - Belarus 0:4
Estoniya - Lixtenşteyn 1:1
Albaniya - Makedoniya 0:0
Argentina - Braziliya 1:0
Bolqarıstan - Serbiya 0:1
Macarıstan - Litva 2:0
Misir - Avstraliya 3:0
İsrail - İslandiya 3:2
Malavi - Ruanda 2:1
Küveyt - İraq 1:1
Mali - Konqo 3:1
Seneqal- Qabon 2:1
Danimarka - Çexiya 0:0
Lüksemburq - Əlcəzair 0:0
İsveçrə - Ukrayna 2:2
İtaliya - Rumıniya 1:1
Polşa - Fil Dişi Sahili 3:1
CAR - ABŞ 0:1
Şimali İrlandiya - Mərakeş 1:1
İrlandiya - Norveç 1:2
Sloveniya - Gürcüstan 1:2
İngiltərə - Fransa 1:2
Portuqaliya - İspaniya 4:0
Burkina Faso - Qvineya 2:1
Mozambik - Zimbabve 1:3